Deputatlığa sabiq namizəddən SENSASİON AÇIQLAMA

“Seçkidə məni dəstəkləyən hər bir şəxsə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm! Çox sağ olun ki, icra başçısının bu qədər təhdidləri qarşısında Siz öz iradənizi ortaya qoydunuz! Seçki kampaniyası dövründə mənim görüşlərimdə iştirak edən şəxsləri ertəsi gün bir-bir İcra hakimiyyətinə çağırıb təhdid edən Rövşən Bağırov və Cəlil Baxşiyevlər bundan sonra da mənə səs verənlərə qarşı insan əxlaqına sığmayan eyni iyrənc əməlləri törədə bilərlər”.

Sozcu.az-ın xəbərinə görə, bunu 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd olmuş Vasif Qafarov deyib.

“İnsanları işdən çıxartmaqla, həbs etdirməklə və hətta təqaüdçüləri pensiyalarını, sosial yardım alanları yardımlarını kəsəcəkləri ilə hədələyənlərdən nə desən gözləmək olar.

Bilirsinizmi, Rövşən Bağırov və Cəlil Baxşiyev bütün mənəvi sədləri aşaraq 85.000 nəfərlik Lerik əhalisini niyə bu şəkildə təhqir etməkdən çəkinmədilər? Çünki Lerik rayonunda həyata keçirdikləri karrupsiya və özbaşınalıqlarını davam etdirmək üçün onlarla eyni əməllərin yiyəsi olan birini deputat etmək lazım idi;

Çünki, son bir neçə ildə dövlət büdcəsindən Lerik rayonuna ayrılan 260 milyon manatdan çox vəsait Lerikdə karrupsiyaya yem olub;

Çünki, dövlət başçısının Lerik rayonuna ayırdığı 500-ə qədər ödənişli iş yerləri kartlarının bir qismi Cəlil Baxşiyevin cibindədir, bir qismi 50-50-ə müəyyən şəxslərə verilib, bir qismi də 2000, 2500, 3000 manata əhali nümayəndələrinə satılıb. Bu kartları alan şəxslər Cəlil Baxşiyevə ödədikləri pullara görə bu gün lombardların əsirinə çevriliblər.

Çünki, rayonun kəndlərində olan iş yeri ştatlarının əksəriyyəti icra nümayəndələrinin Bakıda yaşayan qohumlarının adlarına rəsmiləşdirilib və həmin şəxlərin kartlarına yüklənən əmək haqları hər ay nağdlaşdırılaraq gətirilib icraya təqdim edilir və s. və i.a.

Bütün bu çirkinlikləri davam etdirməkdən ötrü Lerikdə seçkiləri biabırçı şəkildə saxtalaşdıranların təhdidləri qarşısında məni dəstəkləyən, mənə səs verən hər bir şəxsə bir daha öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, həmin seçki dairəsindən İqbal Məmmədov deputat seçilib.(Pravda.az)

Facebook Comments