“Deputatların çoxu savadsız idi, ağızının danışığını bilmirdi…”

“Milli Məclisin buraxılması doğrdu addımdır. Çünki çox narazılıqlar var idi”.
Sozcu.az xəbər verir ki, Bu sözləri Yenisabah.az-a Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan, “91-lər”dən biri, yazıçı Xeyrəddin Qoca deyib.

Yazıçı daha sonra əlavə edib ki, Milli Məclisin indiki tərkibinin əhəmiyyətli hissəsinə cəmiyyətdə münasibət o qədər də yaxşı deyildi. “Çoxu savadsız idi. Ağızlarının danışığını bilmirdilər. Siyasəti bilmirdilər. Boş-boş danışırdılar.

Əlbəttə, bu fikirlərin hamısına aid deyil. Nəhayət, artıq dövlət səviyyəsində bəyan edildi ki, Milli Məclisdə oturanlar islahatlarla ayaqlaşa bilmir. Deməli, parlament buraxılmalı idi.

Mən də YAP-ın Siyasi Şurasının parlamentin buraxılması ilə bağlı iclasında iştirak etmişəm və bu məsələni dəstəkləmişəm”, – deyə Xeyrəddin Qoca bildirib.

Məşhur YAP-çı növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentin indiki tərkibdən xeyli fəqrlənəcəyini deyir: “Hesab edirəm ki, çox ciddi dəyişiklik olacaq. Savadlı, siyasəti bilən adamlar seçiləcək”.

Xeyrəddin Qoca həmçinin hazırkı deputatları namizəd olmamağa çağırıb. “Məntiq belə deyir. Bunlar Prezidentə müraciət ediblər ki, indiki tərkib islahatlara mane olur, yaxşı işləmir və s. Elə danışırlar ki, Milli Məclis çoxdan buraxılmalı idi. İndi bunu deyənlər yenidən deputat seçilib yaxşı işləyəcəklər? Onların namizədliyini irəli sürməsi məntiqsizdir”, – deyə o vurğulayıb.

Facebook Comments