Deputatlarımız İtaliyaya gedir

Bu gün Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.