Deputatdan parlamentin buraxılmasına kəskin etiraz – Prezidentə müraciəti imzalamaqdan İMTİNA ETDİ

Milli Məclisin bitərəf deputatalrından biri növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı YAP-çı deputatların müraciətinə öz kəskin etirazını bildirib və bununla bağlı bitərəflərin müraciətinə imza atmaqdan imtina edib.

Sozcu.az xəbər verir ki, etikxeber.az-a Milli Məclisdəki (MM) adının çəkilməsini istəməyən mənbə bildirib.

Noyabrın 30-da Milli Məclisdə bitərəf deputatların yığıncağı keçirilib. Orada prezidentə müraciəti imzalamaq təklif olunub.

Mənbənin bildirdiyinə görə, həmin deputat yığıncaqda növbədənkənar seçkilərə etiraz edib:

“O, yığıncaqda seçkilərə hansı səbəbdən, hansı zərurətdən gedilməsi ilə maraqlanıb və yeni seçkilərlə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) gətirdiyi arqumentin heç də əsaslı olmadığını bildirib. Eyni zamanda, bitərəf deputatların müraciətinə imza atmaqdan imtina edib”.

Mənbə bildirib ki, dünən (noyabrın 30-da) bitərəf millət vəkilləri parlamentə dəvət olunaraq, müraciətə imza atıblar.

Mənbə həmin millət vəkilinin adını çəkməsə də, onun uzun illər müxalifət partiyalarında birində təmsil olunduğu və sonradan həmin partiyadan gedərək, müstəqil fəaliyyət göstərdiyini bildirib.