Deputat R. Musabəyova, bütün deputatlara..

İlqar Altay

Rasim müəllim, yaxşı olardı ki, yanlışlıqla etdiyi statuslarını silib, o popkorn satan qızın ailəsinə baş çəkib də taleyi ilə maraqlansın. Millət vəkili gərək bütün addımlarını xalqın, cəmiyyətin talei və rəyini düşünüb atsın ki, indiki çox çətin ağrılı dövrdə xeyir verə bilmirsə, ziyanlı hərəkətləri ilə gərgin və açıqlı milyonların qınağına keçməsin..

Xalq sizdən tutduğunuz o millət vəkili yerinə və mandatına uygun vəkillik tələb edir. Ölkənin çox böyük miqyaslı agır problemləri var, məmurların talançılığı, haqsızlığı, camaatı rüşvətlə soyması, niyə dinmirsiniz? Dinə bimirsizsə xalqı müdafiə edə bilmirsinizsə, niyə xalqın adından o, vəkillik yerini tutursunuz? Nə haqq, vicdan və ixtiyarla?

Bu sözlər bütün layiqsiz deputatlara aiddir. Baş girləmək üçün, milyardlarla talanı qoyub, “pop-korn” kimi avara işlərlə məzələnməyin dövlətlə, xalqla. Mərdliyiniz olsun, təhvil verin o mandatı. Baş girləməyə, vaxt ötürməyə yer tapmırsınız ki millətin taleyinin həlli Məclisini zəbt etmisiniz?

Zəmanə başqadır, xalqın dõzümü tükənib daha.

Sozcu.az