Demet Akalın yenə Bakıya gəlməkdən vaz keçdi

Türkiyəli müğənni Demet Akalın bu gün paytaxt məkanlarının birində konsert proqramı ilə çıxış edəcəkdi.

Sozcu.az-ın məlumatına görə, konsert ikinci dəfə ləğv olunub.

1600 bilet satılsa da, ifaçı Bakıya gəlməkdən vaz keçib.

O, sabah Türkiyədə klubların birində səhnəyə çıxacaq.

Qeyd edək ki, konsertin ilkin tarixi 1 maya təyin olunmuşdu, lakin sonra vaxt dəyişdirilmişdi.