Demet Akalın həmkarının borclarını ödəyəcək

Bir neçə gün öncə evi yanan, daha sonra borclarına görə ev əşyaları təxliyyə olunan türkiyəli müğənni Çılqın Sedata həmkarları dəstək olub.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, müğənni Demet Akalın ifaçının borclarını ödəyəcəyini deyib:

“Mənim də əşyalarım təxliyyə olunanda iki oturacağım qalmışdı. Yanımda cəmi iki dostum var idi. O vəziyyətin nə olduğunu mən çox yaxşı bilirəm. Borclarını mən ödəyəcəyəm. Alişan ilə ev əşyalarını da alacağıq. Pandemiya vaxtında belə şeylər ayıb deyil”.

Facebook Comments