Dembele iki aydan sonra qayıtdı

“Barselona”nın zədəli futbolçusu Usman Dembele sağalıb.

Sozcu.az “AS” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu artıq komanda ilə birgə məşqlərə başlayıb.

Dembele 2019-cu ilin noyabrında, Dortmund “Borussiya”sı ilə Çempionlar Liqasının qrup mərhələsinin matçında (3:1) zədələnmişdi. O, ötən il ərzində bir neçə dəfə zədələnərək vacib oyunlarda komandasına kömək edə bilməyib.(Qol.az)

Facebook Comments