De Liqtin agenti Barselonada

“Ayaks”ın kapitanı Matteys De Liqt “Barselona”ya keçməyə yaxındır.

Sozcu.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 19 yaşlı müdafiəçinin agenti Mino Rayola bu gün Barselonaya gedib. O, Kataloniya təmsilçisinin nümayəndələri ilə hollandiyalı oyunçunun mümkün transferini müzakirə edib.

Qeyd edək ki, “Ayaks”ın idman direktoru Edvin van der Sar De Liqtin yeni mövsümdən ya İngiltərə, ya da İspaniyada oynayacağını açıqlayıb.(Qol.az)