De Brüyne derbini buraxa bilər

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın zədəli futbolçusu Kevin de Brüynenin son durumu haqda danışıb.

Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, belçikalı oyunçunun sağalmadığını deyib:

“Kevinin çiynində problem var. “Şeffild Uensdey”lə oyuna hazır deyildi. “Aston Villa” ilə görüşdə çox pis yıxıldı və belində problem yarandı. Nə vaxt yaşıl meydanlara qayıdacağını bilmirəm. Ümid edirəm ki, çox uzun müddət olmayacaq. Onun Mançester derbisinə kimi hazır olub-olmayacağını bilmirəm”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 29-cu turunun “Mançester Yunayted” – “Mançester Siti” görüşü martın 8-i keçiriləcək.(Qol.az)

Facebook Comments