“Davudoğlunun quracağı təşkilat Cümhuriyyətçi təşkilat olmayacaq” -ELŞƏN ƏLİSOY

Əhməd Davudoğlu “TRT 1”-də yayımlanan “Paytaxt Abdulhəmid” serialındakı bir epizodda ona və sabiq prezident Abdullah Gülə mesaj verilməsi barədə iddialara cavab verərkən bildirib ki, “Əgər Sultan Abdülhəmidin mirasına sahib çıxacaq birisi varsa, ən çox biz sahib çıxarıq. Gün gələr, kimin mirasa daha çox sahib çıxdığı da, xəyanət etdiyi də açıq görünər”

Sozcu.az saytının rəhbəri Elşən Əlisoy məsələyə münasibət bildirərkən qeyd edib ki, Türkiyə Atatürk dəyərlərinə dönmək istəyirsə AKP zehiniyyətindən xilas olmalıdır:

“Əhməd Davudoğlu savadlı insandır. AKP ilə idarəçilk baxımından fərqli fikirləri olsa da, ideya baxımından eyni düşərgədə olan biridir. Hətta yeni partiya qursa belə, onun qurduğu partiya AKP-nin ilk vaxtlarından ciddi fərqlə seçilməyəcək. Əhməd Davudoğlunun yeni partiya quracağı ilə bağlı dolaşan məlumatları izlədikdə mənə elə gəlir ki, AKP-nin itirəcəyi təqdirdə Cümhuriyyətçilərin önünə yeni Osmanlıçı bir təşkilat çıxarmaq istəyirlər. Davudoğlunun və Abdulla Gülün quracaqları təşkilat Cümhuriyyətçi təşkilat olmayacaq. O baxımdan hesab edirəm ki, Türkiyə Cümhuriyəti Atatürk dəyəyərlərinə dönmək istəyirsə kimliyindən aslı olmayaraq AKP zehiniyyətindən bir dəfəlik xilas olmalıdır.Bu şəxslərin fərqli baxışları yarana bilər, ancaq alt yapıda düşüncələri eynidir.

Osmanlı İmperiyası Türkiyənin heç zaman geri dönməyəcəyi, türk,ərəb, dəyərlərinin qarışığı olan, totalitar sistemli imperiyası , Atatürk dəyərləri isə müasir dünyanın ayrılmaz hissəsi və uğurlu dövlət modeli, hələlik alternativi olmayan demokratik cümhuriyyətçilikdir”.

Xatırladaq ki, serialda Sultan Abdulhəmdin dili ilə “Gül ağacına su verərik, lakin su həm gülə yarar, həm də tikana. Yanımızda-yörəmizdə su verdiklərimiz tikan olmaya meylənmişsə, sonunda mütləq budayarıq”, – ifadələri səslənib.

YAŞASIN TÜRK DÜNYASININ CÜMHURİYYƏT SEVDALILARI!

Cabir Turan