Davam edir 37… “islahatlar”ı- daha ağır daha ciddi…

Bəybala Əbil, KXCP Ali Məclisinin sədri

6 may- … Daxili İşlər Nazirliyinə çağrılaraq xəbərdarlıq edildi… (Oktay Güləliyev-hüquq müdafiəçisi, KXCP üzvü)

8 may-… Baş Prokurorluğa çağrılaraq xəbərdarlıq edildi… (Şirin Cəfəri- “Gündəm xəbər” qəzetinin təsisçisi, KXCP Ali məclisinin üzvü)

13 may- … Baş Prokurorluğa çağrılaraq xəbərdarlıq edildi… (Oktay Güləliyev)
Harda? – Hakimiyyətin “islahatlara” başladığı Azərbaycan Respublikasında
Niyə?

Oktay Güləliyev : “Mənimlə baş prokurorun 1- ci müavini Rüstəm Usubov və idarənin digər əməkdaşları görüşdü. Əsas müzakirə mövzusu son zamanlar sənədlərlə, faktlarla araşdırıb yazdığım və çıxış etdiyim işgəncə halları ilə bağlı oldu. Amma çox təəssüf ki, bu faktları araşdırmaq, günahsız insanlara işgəncə verən vəzifəli şəxslər haqqında ölçü götürmək əvəzinə prokurorluq mənə rəsmi xəbərdarlıq etdi və bu hal təkrarlanarsa haqqımda cinayət işi açıb daha ciddi ölçü götürəcəklərini bildirdilər (!?)…”.

Şirin Cəfəri: “hüquq müdafiəçisi Oqtay Gülalıyev tərəfindən yayımlanmış ”Hüquq müdafiəçisi Baş Prokurorluğu ifşa etdi-ŞOK GƏLIŞMƏ” başlıqlı yazını mənə göstərdi. Bundan sonra Baş Prokurorun birinci müavini Rüstəm Usubovla görüşdük. Cənab Usubovla bir saata yaxın davam edən söhbətimimizdən sonra, rəhbərlik etdiyim GundemXeber.Az saytında və eyni adlı facebook səhifəmdə yazılara, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinin əməkdaşı olmuş mərhum Emin Hüseynovun müəmmalı ölümü ilə bağlı dərc olunmuş açıqlamalarla bağlı, Baş Prokurorluq tərəfindən mənə rəsmi xəbərdarlıq olundu.”

Bütün bunlar dövlət başçısının islatların başlandığını elan etdiyi Azərbaycan gündəmində baş verən adi hadisələrdir. Belə hadisələrin nə üçün baş verir:

-Hüquq mühavizə orqanlarının əməkdaşları tərəfindən “Gəncə işi”, “Tərtər işi”, “Eurovision məhbusları” və “Nardaran məhusları” bir çox digər “cinayət” işlərində törədilən müəmmalı qətllər, ölüm ayağında olan məhbuslar, polisə aparılaraq daha sonra nəşini ailəsinə təhvil verilən vətəndaşların fəlakətlərini-faciələrini işıqlandırdıqları üçün….

-Məhkəmə hökmlərində, məhbus ifadələrində, valideynlərin şikayətlərində, dövlət idarələri qarşısında keçirilən piketlərdə, cənazə törənlərində, qəbristanlıqlarda təsdiqini tapmış, ABŞ Dövlət Departamenti, BMT- nin İşgəncələr Əleyhinə Komitəsi, Avropa Şurası, Avropa Birliyİi, Amnestyu İnternational… kimi bir çox mötəbər dövlət və beynəlxalq təşklatlar tərəfindən qınalınan işgəncə, ölüm hadisələrini faktlar və sənədlərlə ictimailəşdirərək hüquq mühavizə orqanlarına yardım etdiklərinə görə…
Dövlət orqanları belə təşəbbüsləri dəstəkləmək, təşəbbsçülərə təşəkkür etmək əvəzinə onlara “xəbərdarlıq” edir, həbs edəcəkləri ilə hədələyir, müxtəlif üsullarla təzyiqlər göstərir.

Özləri ilə bərabər bütövlükdə ölkəni fəlakətlərə sürükləyən hakimiyyət orqanları təhlükəsizliklərini qorumalı olduqları vətəndaşlarına qarşı törətdikləri bu cinayətlərə son qoymalı, bu cinayətləri törədənləri məsuliyyətə cəlb etməlidir.