DAS Almaniyada aksiya keçirdi -FOTOLAR

09 İyul-də DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının fəallarının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində ABŞ-in Almaniyadakı səfirliyinin, Avropa Birliyinin Almaniyadakı nümayəndəliyinın, Almaniyanın Xarici İşlər Nazirliyinın və Azərbaycanın Almaniyadakı səfirliyinin önündə „ “siyasi məhbuslara azadlıq”, “repressiyalara son” tələblərilə mitinq və etiraz yürüşü keçiririblər.

Bu haqqda Sozcu.az saytına  məlumatı DAS təşkialtının təşkilat şöbəsinin rəhbəri Emin Manafov məlumat verib. Emin Manafovun sözlərinə görə, aksiyasnın məqsədi Azərbaycanda baş verən son hadisələrə diqqət çəkməkdir. Bildiyiniz kimi, Biz əsasən, Azərbaycanda baş verən hadisələri alman cəmiyyətinə çatdırmağa çalışırıq. Məlumdur ki, Azərbaycanda kütləvi şəkildə insan hüquqları pozuntuları baş verir. İctimai-siyasi fəallar və müxalifət partiyaları üzvləri həbs edilir və işgəncəyə məruz qalırlar. Tənqidi münasibətdə olan insanlara qarşı saxta məhkəmə ittihamlarıyla inzibati həbslər və saxta cinayət işləri təşkil edilir. Bütün bunlar siyasi hakimiyyətin sifarişilə həyata keçirilir”.

Sonra həmkarının fikirlərini davam etdirən təşkilatçilardan biri Camal Seyidli Azərbaycanda amansız və diktatura rejiminin olduğunu mitinq iştirakçılarının diqqətinə çatdırdı: Azərbaycanda bir suallə hakimiyyəti mövcüdür ki, onların bir məqsədi var, „varlanmaq“ və xalqın gələcəyini məhv etməkdir.

Sonra aksiya iştriakçıkarı müraciətlərini oxuyaraq tələblərini səsləndirmişdirlər:

· Azərbaycan hakimiyyəti COVİD-19 epidemiyası zamanı və ondan əvvəl həbs edilən, barəsində saxta ittihamlarla cinayət işi açılan siyasi məhbusların hamısı azad edilsin;

· Saxlanılan şəxslərə qarşı işgəncə hallarına son qoyulsun;

· Saxlanılan şəxslərin vəkillərilə və ailələrilə sərbəst görüşməsinə icazə verilsin;

· Saxlanılan şəxslərin sağlıq durumuyla bağlı ictimaiyyətə məlumat verilsin;

· Siyasi təzyiqlərə, təqiblərə, həbslərə – bütövlükdə repressiyalara son qoyulsun;

· Tələbimiz üzərində Azərbaycan hökumətinə edilən müraciətlər haqqında bizə də məlumat verilsin;

Aksiyanin digər təşkilatçıları Rövşən Cabbarov, Orxan Həbibli, Məleykə Xələfova, Məmməd Qarayev, Səbuhi İsmayılov, Əmrah Verdizadə, Teymur Əsgərov, Mübariz Kərimov, Emin Şirəliyev, Elnur Mirzəyev və Aqil Hüseynov öz tənqidi fikirlərini səsləndirkdən sonra, mitinq iştirakçıları mitinq sonunda müraciətlərini və tələblərini ABŞ-in Almaniyadakı səfirliyinin, Avropa Birliyinin Almaniyadakı nümayəndəliyinın, Almaniyanın Xarici İşlər Nazirliyinın nümayəndələrinə təqdim ediblər.

 

Facebook Comments