Damla keçmiş ərindən danışdı

Müğənni Damla ayrıldığı həyat yoldaşından danışıb.
Sozcu.az-ın məlumatına görə, sənətçi “Zaurla Günaydın” verilişində bildirib ki, keçmiş əri ilə hazırda münasibətləri yaxşıdır:

“Düşmən deyilik, dost kimi ayrılmışıq. Bizi bir-birimizə bağlayan övladımız var. Uşağımın atasına hörmətsizlik edə bilmərəm. Zamanında aramızda problem yaşanıb və bitib. Uşağa psixoloji travma verə bilmərəm. Yaxınlarım şahiddir ki, istəyirəm oğlum atasını məndən çox istəsin. Ona hər zaman izah edirəm ki, mənim atam yoxdur, ata böyük qüvvədir”.(Axşam.az)