Daha bir ulduz evində ölü tapıldı

“Surprise U” adlı K-pop qrupunun üzvü, koreyalı müğənni və aktyor Ça İn Ha evində ölü tapılıb.

Sozcu.az xəbər verir ki, 27 yaşlı ulduzun cəsədi meneceri tərəfindən aşkarlanıb. Onun hansı səbəbdən öldüyü məlum deyil.

Qeyd edək ki, bu son iki ayda baş verən üçüncü müəmmalı ölüm hadisəsidir. Bundan əvvəl müğənnilər Sulli və Go Hara da evdə ölü tapılmışdılar.