Daha bir neçə dairə ləğv edilə bilər – MSK təcili iclas çağırdı

Sabah – fevralın 15-də saat 14:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Sozcu.az-ın xəbərinə görə, iclasda MSK-ya daxil olan müraciətlərlə bağlı qərar veriləcək.

Seçki dairələrindən bir neçəsinin nəticələri ləğv edilə bilər.

Qeyd: MSK-nın fevralın 13-də keçirilmiş iclasında 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr bunlardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.

Facebook Comments