Daha bir həkim rüşvət tələb etdi – “Mənə 5 manat verin, 2 manat da qan analizi üçün ödəyərsiniz” – VİDEO

Salyan Rayon Mərkəzi Xəstəxanasında həkimlərdən birinin rüşvət tələb etməsi videoya çəkilib.

Sozcu.az-ın xəbərinə görə, həkim pasiyentdən pul tələb edir.

“Rentgen 10 manatdır, heç olmazsa, 50 faizini ödəyin. Hamısını istəmirəm ki… 5 manat verin, 2 manat da qan analizinə verərsiniz. Həkim pulla deyil, xanım. Baxın, aparat dünən xarab olub, 300 manat ödəyib düzəltdirmişəm. Bunu öz cibimin pulu ilə etmişəm” – Həkim bildirib.(Pravda.az)

Facebook Comments