Daha bir Azərbaycanlı fəal fars rejimi tərəfindən həbs edildi

Güney azərbaycanlı tanınmış milli-mədəni fəal Həbib Sasanian həbs olunub.

Axar.az xəbər verir ki, o, Əziz Purvəlinin dəfn mərasimindən sonra Ərdəbilə gedərkən ETTALAAT tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, Əziz Purvəlinin dəfn mərasimindən sonra bir neçə milli-mədəni fəal saxlanılıb.