Daha bir əfsanənin sonu çatır: Messi gedir

İspaniyanın “Barselona” futbol klubunun argentinalı forvard Lionel Messi 2020/21 sezonunun başa çatmasından əvvəl komandadan ayrıla bilər.

Sözcü.az xəbər verir ki, bu barədə klubun prezidenti Xosep Mariya Bartomeu məlumat verib.

“Bəli, bu xəbər doğrudur – Messi 2020/21 sezonu başa çatmamışdan əvvəl “Barselona”dan ayrıla bilər və ya başqa bir kluba keçə bilər. Xavi, Andreas İnyesta və Karles Puyol da buna oxşar şəkildə klubdan getmişdi.

Amma mən narahat deyiləm, çünki Leo “Barselona”ya çox bağlıdır, başqa bir klubda oynamayacaq. Onun 2020/21 sezonundan sonra da Kataloniya klubunda qalacağına şübhəm yoxdur”, – Bartomeu deyib.

İspan mediasında argentinalı forvardın gələn il “Barselona”dan ayrılaraq, “Newell’s Old Boys”-a keçəcəyi barədə məlumat yayılıb.\Teleqraf.com\