Daha 5 PKK terrorçusu məhv edildi

Türkiyənin Diyarbəkir bölgəsində PKK terrorçuları ilə Türkiyə Silahlı Qüvvələrinin əsgərləri arasında atışma olub.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Diyarbəkir-Lice bölgəsində həyata keçirilən hava əməliyyatı nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib.