“Dağlıq Qarabağa muxtariyyətin verilməsi məsələsi artıq öz hüquqi gücünü itirib”

Sərdar Cəlaloğlu: “Azərbaycan İrəvan və Zəngəzurla bağlı iddia qaldırmalıdır”

“Azərbaycan bu gün sadəcə İrəvanla deyil, həm də Zəngəzurla bağlı iddia qaldırmalıdır. Çünki Zəngəzurun Ermənistana verilməsi haqqındakı müqavilədə qeyd olunub ki, bu torpaqlar ermənilərə bir şərtlə verilir ki, onlar bir də Azərbaycan torpaqlarına qarşı iddia irəli sürməyəcəklər. Lakin onlar Azərbaycan torpaqlarına qarşı yeni iddialar irəli sürməkdə davam edirlər”.

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, Dağlıq Qarabağa muxtariyyətin verilməsi məsələsi də artıq öz tarixi-hüquqi qüvvəsini itirib:

“Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə bağlı sənəddə də vurğulanır, bu muxtariyyət bir şərtlə evrilir ki, onlar heç vaxt Azərbaycandan qopmaqla bağlı iddia səsləndirməyəcəklər. Bu gün ermənilər həm Qarabağı, həm də digər torpaqları bizdən qoparmağa çalışırlar. Həm Zəngəzur, həm də Dağlıq Qarabağa muxtariyyətin verilməsi ilə bağlı məsələ öz hüquqi gücünü itirib. Biz sadəcə Qarabağın deyil, İrəvanın, Zəngəzurun da qaytarılmasını tələb etməliyik”.

Facebook Comments