Dənizdən çıxarılan Miq-29-un qalıqları – Foto

MiQ-29 təyyarəsinə aid olduğu deyilən bəzi hissələr Xəzər dənizindən çıxarılıb.
Sozcu.az xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Türkiyə Dəniz Donanmasının Sahil Axtarış-Xilasetmə Komandası ( SAK) tərəfindən Azərbaycan Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarəsinə məxsus parçalar çıxarılır. “Havanın vəziyyəti ilə əlaqədar olaraq pilotun nəşi və təyarənin qara qutusunun axtarışları davam etdirilir”, qurum bildirib.

İyulun 24-də Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb. Müdafiə Nazirliyi qəzaya uğramış təyyarənin, ilkin ehtimala görə, Xəzər dənizinə düşdüyü barədə məlumat yaymışdı.

Hərbi Prokurorluq Hərbi Hava Qüvvələrinə aid təyyarənin qəzaya uğraması ilə bağlı “qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə” maddəsi ilə cinayət işi başladıb.