Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb – Nazirlik

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində saat 15:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Sozcu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s olub, Neft daşlarının hidrometeoroloji stansiyasının məlumatına görə isə dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb.

Axşama küləyin tədricən səngiməsi gözlənilir.