Dəniz Baykaldan seçki açıqlaması:”Nəticələr dərhal elan edilməli və dünyaya sıxıntı olmadığını göstərməliyik”

CHP-nin keçmiş sədri Dəniz Baykal İstanbuldakı seçki gərginliyi ilə bağlı açıqlama verib.

Sozcu.az xəbər verir ki, o, Türkiyədəki iqtisadi çalxalanmalara diqqət çəkərək, ölkədə seçki gərginliyinin dərhal bitirilməsinin vacibliyini önə çəkib: “Türkiyəni ayağa qaldıracaq iqtisadi siyasət daha inandırıcı və əmin şəkildə ortaya qoyulmalıdır. Bunun üçünsə, bir an əvvəl YSK seçki nəticlərini rəsmən elan etməli və dünyaya heç bır sıxıntımızın olmadığını göstərməliyik.(Strateq.az)