Dəhşətli terroru törədənlərin bazası ortaya çıxdı

Şri Lanka polisi ölkənin mərkəzində “Camaat ət-Tauhid əl-Vətəniyyə” terror qruplaşmasının təlim bazasını aşkara çıxarıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Adaderana” portalı məlumat yayıb.

Məlumata görə, baza Nuvara-Eliya şəhərində ikimərtəbəli binada yerləşib. Həmin bazada 38 nəfər, o cümlədən paytaxt Kolomboda partlayışlar törədən şəxslər təlim keçib.

Binanın sahibi polis tərəfindən saxlanılıb. Hadisə yerində əməliyyat qrupu işləyir.

Qeyd edək ki, aprelin 21-i Pasxa bayramında Şri Lankada silsilə terror aktları törədildi. Kolombo, Neqombo və Battikaloa şəhərlərində baş verən partlayışlar nəticəsində 250 nəfər həlak olmuşdu.(Axar.az)