Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin bayram təbriki

8 may tarixi bizim üçün xüsusi anlam kəsb edir. Biz həmin gündən etibarən özümüzə dəyər verməyə başladıq. Həmin tarixdən etibarən biz şahlardan, şahliqdan, əlahəzrət imperator kəlməsindən, bizi öz fərdi iradəsinə tabe etmək istəyənlərdən qurtulmaq hadisəsi yaratdıq.

Bizi mollaxanadan kənara buraxmadılar, öz fikrimizi və düsüncəmizi formalaşdırmağa imkan vermədilər, orduya qoymadılar, siyasətə qoymadılar, müsəlman deyib bizi qandalladılar. Mənəvi olaraq qandallar içərisində idik. Amma biz bacardıq, bizimkilər, seçilmişlər bacardılar. Zərrə-zərrə, məşəqqətlərdən keçərək, uzaq ellərdə oxuyaraq, milli kimliyini tanıyaraq, vətənini əziz tutaraq bacardılar. 28 may belə doğdu. Bir gündə yox, uzun bir zaman axarının nəticəsi olaraq doğdu.

Cümhuriyyətimizin 101 yaşı mübarək olsun!

Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri