Sozcu.az saytı Azərbaycan xalqını təbrik edir

Bu gün,Məhəmməd Əmin Rəsulzadə öndərliyində 28 May 1918-ci il tarixində qurulan,müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür.

28 May təkcə Cumhuriyyətin qurulduğu bir tarix deyil.28 May bütöv bir millətin qürur,şərəf,namus günüdür.28 may-kişilik,minilliklərcə olan tarixə sahiblənmək günüdür….Elə bir gündür ki,ən çarəsiz,ən bitkin anlarımızda belə Cumhuriyyəti quran KİŞİlərin əzminə,mətanətinə,inamına baxıb ayaqda qalmışıq.

Məhəmməd Əmin Rəsulzadənin öndərliyində qurulan Azərbaycan Xalq Cumhuriyyəti bir TÜRK dövləti idi.

AXC-bəşəriyyətin yaşayacağı sürəcə var olan bir estafet idi,cəmi 23 ay ömür sürən Türk-İslam aləmində bir ilkə imza atan Cumhuriyyətimiz bu estafeti,bu bayrağı irəli illərə daşımaq üçün qardaş Türkiyəyə ötürdü,Türk milləti dövlətsiz qala bilməzdi axı.Böyük Öndər M.Ə.Rəsulzadə boşuna deməmişdi ki,“BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ,BİR DAHA ENMƏZ!” Bu bayraq heç enmədi!Qazi Mustafa Kamal Atatürk öndərliyində qurulan Türkiyə Cumhuriyyəti ruhunda bir AXC yaşayırdı.

Azərbaycan xalqının müstəqillik arzusu,yanğısı heç bir zaman ölmədi,sönmədi.Dünyaya hökm edən Sovet hakimiyyətinin müxtəlif dönəmləridə bu xalq öz mübarizəsini aparırdı.1988-ci ildə başlayan Milli Azadlıq hərakatına rəhbərlik edən Əbülfəz Elçibəy və silahdaşları bu arzunu,azadlıq eşqini ürəklərində daşıyaraq,xalqımızı öz azadlığına qovuşdurdu.Bu yolda və sonralar Qarabağ müharibəsində şəhidlər verdik,azadlığımızı qazanmaq,torpağımızı qorumaq üçün minlərlə Vətən övladı ŞƏHİD oldu.

Zaman yetişdi Türkiyə qürurla daşıdığı bu estafeti öz qardaşlarına ötürdü,artıq bu estafet başqa bir estafet idi,bu estafetdə bayrağı ötürən dayanmırdı,öz qardaşlarıyla birgə addımlayırdı! TANRIya şükürlər olsun ki,bu bayrağı artıq 7 müstəqil dövlət birgə addımlayaraq daşıyırdı!

Bu möhtəşəm gündə, M.Ə.Rəsulzadə öndərliyində Cumhuriyyəti quran İstiqlal şəhidlərimizin ruhunu böyük minnətdarlıqla anır və onlara Allahdan rəhmət diləyirik!

Torpaqlarımızın müdafiəsi uğrunda caını fəda edən ŞƏHİDlərimizi,bu yolda ömrünü,həyatın qurban verən Əbülfəz Elçibəyi və digər milli fədailərimizin ruhu qarşısında baş əyir,onların milli mücadilə,dövlət quruluşu ideyalaını davam etdirməyə and içirik!

Bu bayram-damarlarında insan qanı axmayan,nankor,manqurt olanların bayramı deyil,bu Cumhuriyyəti qısqanan kəslər Şaumyanların,Androniklərin,Çingiz İldırımların və daha neçə-neçə şərəfsizlərin törəmələridir!

CUMHURİYYƏT GÜNÜMÜZ KUTLU OLSUN,BÖYÜK TÜRK DÜNYASI!

Bəli,28 mayda qurulan bu Cumhuriyyət bir TÜRK dövləti idi.Lakin,Azərbaycan Xalq Cumhuriyyəti öz tarixinə,milli kimliyinə,azsaylı xalqlara sahiblənmək ənənəsinə sadiq olaraq respublika ərazisində yaşayan bütün etniklərə böyük hüquqlar verdi,bu səbəblə bu Cumhuriyyət Azərbaycan ərazisində yaşayan bütün etniklərin(ermənilər xaric),yəni Bütöv Azərbaycan xalqının bayramı idi.

CUMHURİYYƏT GÜNÜMÜZ KUTLU OLSUN AZƏRBAYCAN XALQI!

   Sozcu.az olaraq millətimizin bayramını təbrik edir,müstəqilliyimizin əbədi olmasına dua edirik!

BÜTÖV AZƏRBAYCAN UĞRUNDA!