ÇL-də həftənin ən yaxşı oyunçusu – 19 yaşı var

Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Sozcu.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Zalsburq”un hücumçusu Erlinq Holand qrup mərhələsinin 1-ci turunun ən yaxşısı olub. 19 yaşlı futbolçu səsvermədə Mark Andre Ter-Stegen (“Barselona”), Anxel Di Mariya (PSJ) və Mislav Orşiçi (“Dinamo” Zareb) qabaqlayıb.

Qeyd edək ki, Holand “Genk”lə matçda (6:2) het-trik edib.(Qol.az)