Çinli məmur 14 il azadlıqdan məhrum edilib- Rüşvətə görə

Çinin Kiberməkana Nəzarət Administrasiyasının sabiq direktoru Lu Vey rüşvət aldığına görə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Sozcu.az xəbər verir ki, Ninbo Şəhər Məhkəməsinin hökmünə əsasən, keçmiş məmur 3 milyon yuan (446,9 min ABŞ dolları) cərimə də ödəyəcək. O, apelyasiya şikayəti verməyəcəyini bildirib.

Qeyd edək ki, Lu Vey 2013-cü ilin aprelindən 2016-cı ilin iyununadək Çin Kiberməkan Administrasiyasının direktoru işləyib. Ondan əvvəl isə Pekin şəhər merinin müavini, Çin Kommunist Partiyası paytaxt təşkilatının təbliğat şöbəsinin müdiri kimi məsul vəzifələrdə çalışıb.

Korrupsiya əməllərində şübhəli bilinən Lu Vey haqqında cinayət işi 2017-ci ildə başlayıb, bir il sonra isə o, Kommunist Partiyası sıralarından xaric edilib. Keçmiş məmurun müxtəlif vəzifələrdə çalışarkən vəzifə səlahiyyətlərini aşdığı, külli miqdarda (təxminən 4,7 milyon dollar) rüşvət aldığı bildirilir.(Strateq.az)