Çinin bu təşkilata qəbul edilməsi dəhşətlidir – Tramp

Ehtiyac yaranacağı təqdirdə ABŞ Ümumdünya Ticarət Təşkilatından çıxa bilər.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, ÜTT digər ölkələrə ABŞ-dan öz məqsədləri üçün istifadə etməyə yardım edir. Tramp belə ölkələr arasında ilk yeri Çinin tutduğunu deyib. ABŞ lideri Çinin ÜTT-yə qəbul edilməsi qərarının dəhşətli olduğunu söyləyib.