Çingiz “Eurovision” səhnəsində çıxış etdi

“Eurovision 2019” mahnı müsabiqəsinin II yarımfinalı keçirilir.

Sozcu.az xəbər verir ki, yarışmada ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edib.

Səhnəyə qara libasla çıxan Çingiz 18-ci nömrə altında “Truth” mahnısını səsləndirib.

Qeyd edək ki, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya ilk yarımfinalda finala vəsiqə qazanan ölkələr olub.

Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər.

Yarışmanın finalı şənbə günü olacaq.(Axşam.az)