Çindən 3 ölkəyə naməlum bağlamalar göndərildi

Yaponiya, Avstraliya və ABŞ vətəndaşlarına içində toxumlar olan, kim tərəfindən göndərildiyi məlum olmayan Çin bağlamaları göndərilir.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın NHK televiziyası yayıb. Məlumata görə, Yaponiyanın bir çox bölgəsinə göndərilən bağlamaları birləşdirən xüsusiyyət xaricdən göndərilməsi, karantin xidmətinin möhürünün olmaması və bəzi bitkilərə aid toxumların olmasıdır.

Məlumatda həmçinin o da qeyd edilib ki, buna bənzər hal ABŞ və Avstraliyada da qeydə alınıb.

Yaponiyanın karantin xidməti anonim göndərilən bu toxumların təbii balansı poza bilmə və xarici virusların və ya böcəklərin Yaponiyada yetişən bitkilərə ötürülmə riski olduğu üçün əkməməyi israrla tələb edib.

ABŞ-ın 20 ştatına göndərilən sözügedən anonim bağlamaların içindən isə sarmaşıq və kələm toxumları çıxıb.

Bağlamaların üzərində Çin poçtunun simvolları və ünvanları qeyd edilsə də, Çinin Xarici İşlər Nazirliyi onun saxta olduğunu və ölkəsinin bağlamalarla əlaqəsi olması barədə iddiaları təkidlə rədd etdiyini açıqlayıb.axar.az

Facebook Comments