TV-lər soyundu, çılpaq bədənlərə gözümüz öyrəşdirildi – Qarabağı unutdurdular

Elçin Aslangil

Nə oldu?

Nə olduğunu xatırlayıram, 1993 – cü il idi.
Bu mənə və bizə nə olduğunun ən bariz nümunəsidir. Əslində, mənim travma ilə ilk tanışlığım da demək olar ki, 1993 – cü il 14-20 avqust tarixlərinə təsadüf edir.

Siz heç “dava-dava” oynamısınız? Bilirəm ki, bir çoxlarınız oynamısınız. Bəsit bir oyundu. Taxta avtomatlarla olan bir oyun, yəni özümüz düzəltdiyimiz avtomatlarla.
Hamı gizlənməlidir. Bacardığımız qədər yaxşı gizlənmək əsas şərt idi. Sonra görünmədən ətrafı dolaşıb, bir-birimizi axtarırıq. Və gördüyümüz anda – “dak-dak! Sən öldün!”
Oyunun qaydası belə idi, “dava-dava” oynunun.

Və günlərdən o gündü, yuxarıda qeyd etdiyim tarix.
Yenə oynayırdıq. Mən qonşumuzun oğlunu, həm də dostumu vurdum, özü də, qapılarının ağzında- “dak, da.a.a.ak! Sən öldün!”
Əslində, fərqində idim arxadan maşının gəldiyinin.
Qonşumuzun oğlu yerə sərildi, gözlərini yumdu. Oyunun qaydası belə idi.
Niva markalı avtomobil gəldi, iki nəfər hərbi formada şəxslər nivadan endi, biri arxa qapını açdı, biri isə qonşumuzun yerə sərilmiş oğluna yaxınlaşıb, onu yerdən qaldırdı, bağrına basıb, hönkür-hönkür ağladı.
Günlərdən, travma ilə tanış olduğum gün idi. Dostum Vüsalın atası, şəhid olmuşdu. Nivanın arxa oturacağına uzadılmış meyit avtomobildən endirildi.
Bilirsiniz nə qədər pis olmuşdum? Ermənilər Vüsalın atasını öldürmüşdü, mənsə Vüsalı öldürmüşdüm.

İllər keçdi, Markesin “maqik realizm”i ilə tanış oldum. Deyəsən, o hadisə həm də real magiya idi.

Bəs yaxşı dəli Aydın necə? Onu tanıyırsınız? Bilirəm, tanımırsınız.

Beton zavodunun baş mühəndisi idi. Sovet imperiyası dağıldı, zavod bağlandı, Aydın işsiz qaldı, içməyə başladı, sonra dəli oldu.

Günlərdən o gün idi, hamı Aydını qabağına qatıb qovurdu. Aydın araq oğurlamışdı.
Aydın dəmir yol stansiyasına tərəf qaçırdı. Qaçdı, qaçdı və gəlib düz dəmir yolunun ortasında dayandı. Özü də bilirsiniz nə vaxt? Yük qatarının onu əzib keçəcəyini bildiyi bir vaxtda.
Arağı çoxdan açmışdı, hələ başına da çəkmişdi, lap qaça-qaça.
Ölmündən cəmi 20 saniyyə əvvəl, Aydın arağı bir də başına çəkib, qışqırıb, dedi- “ə, no.oo.oldu, gəlin tutun da məni!” Bu, Aydının son sözləri oldu.

Elə həmin vaxt, Malik əminin başsız bədəni cəbhədən təşrif buyurdu, od düşmüş Lalə nənənin ocağına.

Nə oldu?

Kəndə kino gəldi, həm də “bondage sex” porno film. Biletlərin qiyməti bir “qız qalası”.
Porno filmlər Azərbaycanda virus kimi bilincli şəkildə yayılmağa başladı. “25-ci kadrlar” öz işini görməli idi. Sonra bizə dedilər ki, azadlıq budur, Azad sex!
Mənəvi dəyərlər köhnəlmiş hesab olunmalı, ar və namus sadəcə Yasprisin dediyi kimi sərhəd stuasiyasını keçə bilməmək hallarıdır. Geylik və homosexualizm dəyər kimi aşılanmağa başlandı. TV-lər soyundu, çılpaq bədənlərə gözümüz öyrəşdirildi. Müğənnilərin 4 və ya 5 sevgilisinin olmağı, bir növ “olmazlar”ı bir neçə min voltluq cərəyana vermək idi, şok effekti yaratsın deyə. Yaratdımı? Yaratdı!
İndi və hazırda şəhid xəbərləri travma hesab olunmur- öyrəşdik!
İndi və hazırda, Fatmagülün ərindən xəbərsiz bir neçə kişi ilə intim əlaqə qurması, elə-belə bir şey hesab olunur, yəni- şeydir…
İndi və hazırda homosexualizmə başqa bir irqmiş kimi baxılır, hətta hörmət də edilir.
İndi və hazırda “Dəli Aydınlar” sadəcə göstərməçi morjinallığa bürünüb, ellə sürünür.
İndi və hazırda, Qarabağ “dava-dava” oyunudur, tərkisilah olunmuş xalq üçün.
İndi və sonra, bir xalq kimi bütün dəyərlərin üzərindən xətt çəkib, missiyasını tamamlayan “güclər” üçün ya İrana çevirəcəyik, ya da Suriyaya.
İndi və sonra əslində nə etməliyik? Şok effekti yaşamalıyıq.
2016-cı il aprel döyüşləri ilə “yoxlama”dan keçmiş xalq, proqnozları necə ki alt-üst etmişdi və bu səbəbdən görünməz dalğa ilə, görünməz əllə geri oturdularaq daxili sarsıntıya məruz qoyulmuşdu, eləcə silkələnib “görünməz hücum”ları tərs təpməlidir. Necə?
Bu hakimiyyət dəyişməlidir! Müxəlifət də dəyişilməlidir. Hələ yaxşı olardı ki, yeni bir Xocalı hadisəsi ilə üzləşib, kökümüzdən sarsılaraq yenidən dirilək.

Mən başqa yol görmürəm! Gördüyüm iki yol var:
1. Ya ölüm!
2. Ya qalım!