CHP lideri: “Bu nailiyyət xalqa xidmət etmək istəyənlərin nailiyyətidir”

“Millət” İttifaqının namizədi,  Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Əkrəm İmamoğlunun mandatı təsdiqlənib.

Sozcu.az xəbər verir ki, İstanbul Büyükşehir Bələdiyyə Başkanı seçilən Əkrəm İmamoğlunun mandatını almasını partiyanın mərkəzi qərərgahında izləyən CHP lideri Kılıçdaroğlu bunları deyib:

“Bu nailiyyət, bu topluma xidmət etmək üçün yola çıxan milyonların nailiyyətidir. Dostlarımız, CHP-nin üzvləri və rəhbərliyi gerçəkdən də, gecəsini gündüzünə qataraq, çalışdı və gözəl bir sonluq əldə etdik. Türkiyəyə xeyirli olsun.”

CHP lideri bunla bbağlı özünün “twitter” hesabında açıqlama yayıb:

“Ekrem İmamoğlu’nun İstanbul Büyükşehir Belediye Başkanı olması ile kazanan 16 milyon İstanbullu oldu. Söz verdiği gibi; bundan sonra bütün İstanbul’u kucaklayan bir belediye başkanı olacak, bundan hiç kimsenin endişesi olmasın. Teşekkürler İstanbul!”