CHP Kılıçdaroğlunun anadan olduğu yerdə uduzdu

Türkiyədəki bələdiyyə seçkisində daha bir ilk yaşanıb.

Axar.az xəbər verir ki, seçkinin nəticəsinə əsasən, ellərdən birini Türkiyə Kommunist Partiyası qazanıb. Partiya Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun anadan olduğu yerdə Tuncelidə bələdiyyə sədri vəzifəsini əldə edib.

TKP bu bölgədə 32,37% səs toplayıb və özünün ən yaxın rəqibi olan HDP-ni təxminən 4% (28,95%) üstələyib.

Qeyd edək ki, Tunceli Türkiyənin şərqində yerləşir.