Ceyhun Nəbinin yeni romanı çap olundu

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzini sədri, araşdırmaçı yazar Ceyhun Nəbinin “Alovlanan eşq: Cümhuriyyət və Şəfiqə Soltan” adlı romanı çap edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Ceyhun Nəbi özünün feysbuk səhifəsində yazaraq məlumat verib:

“Əziz və dəyərli dostlar müjdəli bir xəbəri sizinlə bölüşmək istəyirəm. Uzun zamandır yazmadaqda olduğum “Alovlanan eşq: Cümhuriyyət və Şəfiqə Soltan” adlı sənədli romanım artıq yayınlandı. Böyük fikir və məfkurə adamı İsmayıl bəy Qaspıralının əziz xatirəsinə ərmağan etdiyim roman Azərbaycan Cümhuriyyətinin qurucu rəhbərlərindən Nəsib bəy Yusifbəylinin siyasi və eşq yaşamından bəhs edir. Nəsib bəyin gənclik yaşlarından ta ki, Sovet casusları tərəfindən şəhid edilməsinə qədər ki, zaman aralığını əhatə edən romanda Difai, Gəncə Ruhani Məktəbi, Gəncə Milli Komitəsi, Zaqafqaziya Seymindəki fəaliyyəti, Azərbaycan Cümhuriyyətinin qurulması və həmin dönəmdə ki, fəaliyyəti bədiiləşmiş formada öz əksini tapıb”.

Xatırladaq ki, “Alovlanan eşq: Cümhuriyyət və Şəfiqə Soltan” romanı Ceyhun nəbinin çap olunan ikinci kitabıdır. Bundan öncə Ceyhun Nəbinin “Sovetlərlə üz-üzə” kitabı çap edilərək, oxuculara təqdim edilib.

Facebook Comments