“Ceyhun Nəbinin namizədliyini heç bir əndazəyə sığmayan bəhanə ilə qeydə almadılar” – SƏRXAN CARÇI

“Ötən il “islahatlarla ayaqlaşa bilmirlər” adı altında parlament buraxıldı. Bu hadisə və ölkə başçısının islahat anonsları cəmiyyətdə müəyyən ümidlər yaratmışdı. Cəmi bir neçə gün sonra isə illərlə parlamenti gözdən salmış insanlar yenə namizəd olacaqlarını açıqladılar və yaxşıya doğru heç nəyin dəyişməyəcəyi bəlli oldu. Buna baxmayaraq fəal və perespektivli gənclər seçkiyə qatılmağa qərar verdi. Çox təəssüf ki, ən böyük qısqanclığın da elə gənclərə qarşı olduğunu görürük”.

Bunu Sozcu.az saytına “Carçı” Araşdırma Mərkəzinin sədri, araşdırmaçı yazar Sərxan Carçı deyib:

“Saxtakarlıqla üz üzə qalan gənclərdən biri də Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi oldu. Bir həftədən artıqdır imzaları DSK-ya təqdim etməyinə rəğmən sonunda Ceyhun Nəbinin namizədliyini qeydə almadılar. Ən pisi isə odur ki, Ceyhun Nəbini heç bir əndazəyə sığmayan, əsassız bir iddia ilə qeydə almayıblar. Guya gənc namizəd imza topladığı insanlara pul paylayırmış.

Bu cür hadisələr fevralın 9-da keçiriləcək seçkinin demokratikliyini bəri başdan şübhə altına atır. Odur ki, ictimai rəy istəyən ölkə başçısından bu cür neqativ hallara qarşı ciddi ölçü götürməyini tələb edirik”.

Facebook Comments