Ceyhun Nəbi ATƏT nümayəndələri ilə görüşüb

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının nümayəndələri Aleksandr Anderson və Astrid Muenlə görüşüb.

Bu barədə Sozcu.az saytına Ceyhun Nəbi məlumat verib:

“Bu gün Şəmkirdə ATƏT-in parlament seçkiləri ilə bağlı uzunmüddətli müşahidə missiyasının əməkdaşları Astrid Muen və Aleksandr Andersonla görüşdüm. Parlament seçkilərində qeydiyyata alınmamağım və üzləşdiyim problemlərlə bağlı müşahidə missiyasına məlumat verdim. Mənim məsələmlə bağlı xüsusi olaraq maraqlanacaqlarını və əsl səbəbləri araşdıracaqlarını bildirdilər”.

Xatırladaq ki, 98 sayılı Şəmkir şəhər seçki dairəsi tərəfindən namizədliyi təsdiq edilməyən Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri bununla bağlı Mərkəzi Seçki Komisiyasına şikayət etsə də, Mərkəzi Seçki Komisiyası da DSK-nın qərarını qüvvədə saxlayıb.

Anar Rəsullu

Facebook Comments