Ceyhun Nəbi parlament seçkilərində Şəmkirdən namizəd olacaq

“Cümhuriyyət Siyasi Düşüncə” Mərkəzinin sədri Ceyhun Nəbi parlament seçkilərində namizəd olaraq iştirak etmək qərarı verib .

Sozcu.az xəbər verir ki, Ceyhun Nəbi bu barədə Feysbuk səhifəsində yazıb:

Azərbaycanın xoşbəxtliyi, firavanlığı və respublikaçılıq prinsiplərinin ölkəmizdə bərqərar olması üçün məndə 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyimi vermək qərarına gəlmişəm. Situasiya seçkilərin demokratik və ya qeyri-demokratik keçirilməsi haqqında insanlarda ciddi şübhələr yaradır. Əlbəttə ki, çoxluq saxtalaşdırma olacağını düşünür və xalq iradəsinin özünü göstərmə imkanlarının məhdud olduğu fikrindədirlər. Uzun illərin təcrübəsi bunu göstərdiyindən, insanlarda və bir çox siyasi çevrələrdə ciddi inamsızlıq yaradıb. Mən bütün bunları anlayıram və həmçinin fikirləşirəm ki, getməsək nə əldə edəcəyik. Sadəcə lağ-lağımı edək ? Bu seçki deyil, şoudur deməklə işimizi bitmişmi hesab edək ? Əlbəttə ki, mən bir fərd olaraq, həmçinin siyasi münasibətlərin bir tərəfi olaraq qoşulmağı, insanlarla canlı siyasi məsələlər ilə bağlı ünsiyyətdə olmağı, təbliğat strategiyasını öyrənməyi, insanları siyasi proseslərə səfərbər etməyi, xüsusi olaraq sevimli Şəmkirimizdə siyasi canlanma yaratmağı seçirəm. Buna qarşılıq olaraq inanıram ki, Şəmkirdə onu səmimiyyətlə sevəni, onu düşünəni, onun şanlı tarixinə, mədəniyyətinə bağlı olanı və yüksəltməyi düşüncələrini daşıyanı seçəcək.

Qeydə alındıqdan sonra geniş və lokal səviyyədə seçki proqramımı elan edəcəm.

Facebook Comments