Cennifer Lopes nişanlandı

Cennifer Lopes və Aleks Rodriges nişanlanıb.

Amerikalı aktrisa Cennifer Lopes və beysbolçu Aleks Rodriges nişanlandıqlarını elan ediblər.

“The Daily Mail” nəşrinin verdiyi məlumata görə, cütlük artıq 2 ildir ki, bir yerdədir.

Aktrisa və idmançı “İnstaqram”da iri brilyant qaşlı üzüyün şəkilini yerləşdirərək nişanlandıqlarını bildiriblər.

A. Rodriges üzük fotosuna şərhdə yazıb ki, “o, “hə” dedi”.