“Çempionlar Liqasının yarımfinalına yüksələcəyik”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında “Tottenhem”lə cavab oyunu öncəsi “Sky Sports”a açıqlama verib.

Sozcu.az-ın məlumatına görə, o, növbəti mərhələyə yüksələcəklərinə inandığını deyib:

“Məncə, yarımfinala yüksələcəyik, buna inanıram. İlk matç bitəndən sonra hiss etdiyim şey bu idi. Matçı təkrar izlədim. Bəlkə mən yanılıram, amma yarımfinala çıxacağımızı düşünürəm”.
Qeyd edək ki, “Mançester Siti” – “Tottenhem” görüşü aprelin 17-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Mançester təmsilçisi 0:1 hesabı ilə uduzub.(Qol.az)