Çempionlar Liqasının qalibi – “Liverpul”!

Bu gün Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşib.

Sozcu.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Tottenhem” və “Liverpul” klubları üz-üzə gəliblər. İspaniyanın paytaxtı Madriddəki “Vanda Metropolitano” stadionunda keçirilən görüşdə Yurgen Kloppun komandası 2:0 hesabı ilə qalib gəlib.

Bununla da, “Liverpul” tarixində 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.

1 iyun

Çempionlar Liqası, final

23:00. “Tottenhem” (İngiltərə) – “Liverpul” (İngiltərə) – 0:2
Qollar: M. Salah, 2-penalti, Oriqi, 87
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos
Madrid. “Vanda Metropolitano” stadionu. (Qol.az)