Çempionlar Liqasından ən çox qazanan klublar

UEFA 2018-19 mövsümündə klubların Çempionlar Liqasındakı gəlirlərini açıqlayıb.

Sozcu.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ÇL və Avropa Superkuboku üçün klublara 1 milyard 976 milyon avro ödənilib.

Ötən mövsüm UEFA-dan ən çox gəlir əldə edən isə yarımfinala qədər irəliləmiş “Barselona” olub. Kataloniya klubu 117,7 milyon avro qazanıb. Turnirin qalibi “Liverpul” 111,09 milyon avro, finalçı “Tottenhem” isə 101,6 milyon avro gəlir əldə edib.

“Yuventus” 95,5 milyon, “Mançester Yunayted” 93,4 milyon, “Mançester Siti” 93,2 milyon, PSJ 85,8 milyon, “Atletiko” 85,6 milyon, “Real” 85,3 milyon, “Bavariya” 82,8 milyon qazanıb.(Qol.az)

Facebook Comments