Çempionlar Liqasının püşkü atıldı-“Qarabağ”ın rəqibi bilindi

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Sozcu.az xəbər verir ki, İveçrənin Nyon şəhərində keçirilən mərasimdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ”ın da rəqibi müəyyənləşib. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda Albaniyanın “Partizani” klubu qarşılaşacaq. İlk oyun səfərdə olacaq.

“Qarabağ” ötən mövsüm ÇL-in 2-ci təsnifat mərhələsində də Albaniya təmsilçisi ilə üz-üzə gəlmişdi. Həmin vaxt ağdamlıların rəqibi “Kukesi” klubu olmuşdu. Səfərdəki ilk oyun qolsuz başa çatmışdı. Bakıda rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ” 3-cü mərhələyə adlamışdı.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin digər cütlükləri aşağıdakı kimidir:

“Nomme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya)

“Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya)

“Ararat” (Ermənistan) – AİK (İsveç)

“Astana” (Qazaxıstan) – “ÇFR Kluj” (Rumıniya)

“Lüdoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarstan)

“Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya) – “Sutyeska” (Monteneqro)

“Seltik” (Şotlandiya) – “Sarayevo” (Bosniya və Herseqovina)

“Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan)

“Düdelanj” (Lüksemburq) – “Valletta” (Malta)

“Linfild” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç)

“Valyur” (İslandiya) – “Maribor” (Sloveniya)

“Dundalk” (İrlandiya) – “Riqa” (Latviya)

TNS (Uels) – ilkin mərhələnin qalibi

HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları)

BATE (Belarus) – “Pyast” (Polşa)

 

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.\Qol.az\