Çempionlar Liqasında ingilis finalı

Amsterdamın “Yohan Kroyf Arena” stadionunda UEFA Çempionlar Liqasının ikinci yarımfinal cütünün cavab görüşü başa çatıb.

Sozcu.az xəbər verir ki, “Ayaks” öz meydanında İngiltərənin “Tottenhem” klubunu qəbul edib və 2:3 hesabı ilə məğlub olub.

Beləliklə, İngiltərə komandası ÇL-in finalına vəsiqə qazanmış ikinci klub olub. Dünən ilk vəsiqəni yenə də İngiltərənin “Liverpul” komandası qazanmışdı.

“Tottenhem” – “Liverpul” finalı iyunun 1-də Madriddə keçiriləcək.(Virtualaz.org)