Çempion darmadağın oldu

İngiltərə Premyer Liqasında 32-ci tura yekun vurulub.

Sozcu.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. “Şeffild Yunayted”in qonağı olan “Tottenhem” 1:3 hesabı ilə uduzub.

Ötən tur çempionluğunu rəsmiləşdirən “Liverpul” isə 2-ci pillədə qərarlaşan “Mançester Siti”nin qonağı olub. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

“Şeffild Yunayted” – “Tottenhem” – 3:1
Qollar: Berge, 31 (1:0), Mouset, 69 (2:0), McBurnie, 84 (3:0), Keyn, 90 (3:1)

“Mançester Siti” – “Liverpul” – 4:0
Qollar: De Breyne, 25-pen. Sterlinq, 35. Foden, 45. Oksleyd-Çemberleyn, 66-avtoqol.

Bu nəticələrdən sonra “Şeffild Yunayted” xalını 47-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. “Tottenhem” 44 xalla 9-cudur. “Mançester Siti” 66 xalla 2-cidir. “Şəhərlilər” “Liverpul”dan 20 xal geri qalır.

Facebook Comments