“Çelsi” Sarrinin yerinə Lempardı gətirir

“Çelsi”ni klubun sabiq futbolçusu Frenk Lempard çalışdıra bilər.

Sozcu.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi istefaya göndərməyə planlaşdırdığı baş məşqçi Maurisio Sarrinin yerini F.Lempardla doldurmağı planlaşdırır.

Qeyd edək ki, yerli azarkeşlərin komandanın oyunundan narazılığını nəzərə alan “Çelsi”nin sahibi Roman Abramoviç 60 yaşlı mütəxəssislə yolları ayırmaq istəyir.

Əlavə edək ki, F.Lempard hazırda İngiltərə Çempionşip təmsilçisi “Derbi Kaunti”ni çalışdırır.(Qol.az)