“Çelsi”nin finaldakı rəqibi bilindi

İngiltərə kubokunda sonuncu finalçı müəyyənləşib.

Sozcu.az xəbər verir ki, bu, “Lester”dir. Komanda yarımfinalda “Sauthempton”a 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

“Lester” – “Sauthempton” – 1:0
Qol: İxeanaço, 55

Brendan Rocersin baş məşqçisi olduğu komanda həlledici matçda “Mançester Siti”ni mübarizədən kənarlaşdıran “Çelsi” ilə qarşılaşacaq. Final görüşünün mayın 15-i keçirilməsi planlaşdırılır.

Facebook Comments