“Çelsi” də Bakıda – Foto

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final görüşünün digər iştirakçısı – “Çelsi” klubunun futbolçuları mayın 27-də Bakıya yola düşüblər.

Sozcu.az klubun Tvitter hesabına istinadən xəbər verir ki, futbolçular təxminən saat 22:30 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaqlar.

Xatırladaq ki, “Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə “Arsenal” komandası ilə üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq.

UEFA Avropa Liqasının finalında “Arsenal”la qarşılaşacaq “Çelsi”nin futbolçuları mayın 27-də axşam saatlarında Bakıya gəliblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanı bir qrup azarkeş qarşılayıb. Qarşılanma mərasimindən sonra futbolçular otelə yollanıblar.

Facebook Comments