“Çelsi” 41 ildir belə uduzmurdu

“Çelsi” İngiltərə Premyer Liqasında 2019/20 mövsümünə ağır məğlubiyyətlə başlayıb.

Sozcu.az xəbər verir ki, səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzan London təmsilçisi sonuncu dəfə mövsümün açılış turunda belə ağır məğlubiyyətlə 1978-ci ildə üzləşib.

Paytaxt klubu həmin mövsümün ilk turunda “Midlsbro”ya 2:7 hesabıyla uduzmuşdu.(Qol.az)